[r32]
23 İyun, 2020 00:49 xeber – “Leççe” İtaliya çempionatının 27-ci turunun matçında “Milan”a 1:4 hesabı ilə uduzub.
“Report”un məlumatına görə, görüş Leççenin “Via Del Mare” stadionunda olub. Matçda hesab birinci hissənin ortalarında açılıb – 26-cı dəqiqədə Semuel Kastilexo ilk qolun müəllifi olub. Meydan sahibləri bu qolun əvəzini ikinci hissənin başlanğıcında çıxıblar – 54-cü dəqiqədə Marko Mankozu 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib. Bundan bir dəqiqə sonra Cakomo Bonaventura “Milan”ı növbəti dəfə hesabda irəli çıxarıb – 2:1. Az sonra Ante Rebiç üçüncü qolu vurub. Qarşılaşmada meydan sahiblərinin sonuncu – dördüncü qolunu Rafael Lea vurub.
mənbə :
Report.az