İçeriğe geçmek için "Enter"a basın

'Sevilya' 'Vilyarreal'la heç-heçə edib

22-06-2020

[r32]

22 İyun, 2020  23:38 xeber – İspaniya La Liqasının 31-ci turunun matçında “Vilyarreal” “Sevilya”nı qəbul edib.

“Report” xəbər verir ki, görüş Vilyarrealın “Keramika — El-Madriqal” stadionunda keçirilib və 2:2 hesablı heç-heçə ilə qurtarıb.
Matçda hesab 18-ci dəqiqədə açılıb. “Vilyarreal”ın hücumçusu Pako Alkaser fərqlənib. “Sevilya” 39-cu dəqiqədə müdafiəçi Serxio Eskudero ilə cavab qolunu vurub. Lakin müdafiəçi Pau Torres birinci hissəyə əlavə edilmiş vaxtda meydan sahiblərini yenidən hesabda irəli çıxarıb. İkinci hissənin 63-cü dəqiqəsində qonaqların hücumçusu Munir El-Xaddadi hesabı bərabərləşdirib. Beləliklə, “Sevilya” İspaniya çempionatında özünün məğlubiyyətsiz oyun seriyasını 8 matça qədər artırıb.

Bu matçdan sonra “Sevilya” 53 xal toplayaraq və İspaniya çempionatının yarış cədvəlində 3-cü yerə qayıdıb. “Vilyarreal” 48 xalla 6-cı yerdə qərarlaşıb.

Turnirin lideri Katalon “Barselona”sıdır. Komanda 30 matçda 65 xal yığıb.

mənbə :
Report.az

'Sevilya' 'Vilyarreal'la hec-hece edib