[r32]
18 İyun, 2020 16:34 xeber – İngiltərə Premyer Liqası növbəti dəfə koronavirus testlərinin nəticəsini açıqlayıb.
“Report” liqanın rəsmi saytına istinadən xəbər verir ki, 9-cu mərhələdə 1 500-dən çox futbolçu və klub işçisindən analiz götürülüb. Onlardan biri müsbət nəticələnib. Premyer Liqada daha əvvəl 8 yoxlamada 16 koronavirus aşkarlanıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqası ötən gün bərpa olunub. “Aston Villa” “Şeffild Yunayted”lə qolsuz heç-heçə edib, “Mançester Siti” isə “Arsenal”ı 3:0 hesabı ilə üstələyib.
mənbə :
Report.az