İçeriğe geçmek için "Enter"a basın

'Sabah'ın baş məşqçisi: 'Ölkədəki vəziyyətə uyğun addım atıldı'

18-06-2020

[r32]

18 İyun, 2020  15:20 xeber – “Sabah”ın baş məşqçisi Jelko Sopiç AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasının dayandırılması ilə bağlı qərarına münasibət bildirib.

Xorvatiyalı mütəxəssis “Report”a açıqlamasında qərarın onlar üçün sevindirici olmadığını söyləyib.
O bildirib ki, çempionatı davam etdirmək daha yaxşı olardı: “Nə deyə bilərəm? AFFA-nın qərarıdır. Ölkədəki vəziyyətə uyğun addım atıldı. Əlbəttə, buna görə sevinmirik. Amma qərarla razılaşmalıyıq. Ümid edirəm ki, yeni mövsüm bir qədər tez başlayacaq”.

Qeyd edək ki, AFFA İK bu gün Azərbaycan Premyer Liqası və kubokunda cari mövsümün dayandırılması ilə bağlı qərar qəbul edib. “Sabah” Premyer Liqanı 21 xalla 6-cı pillədə başa vurub.

mənbə :
Report.az

'Sabah'in bas mesqcisi: 'Olkedeki veziyyete uygun addim atildi'