[r32]
18 İyun, 2020 09:13 xeber – Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
“Report”un məlumatına görə, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqası və ölkə kubokunun aqibəti müzakirə olunacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına mayın 31-də qərar verilib. Lakin sonradan xüsusən paytaxtda və Abşeron yarımadasında həftəsonları üçün sərt karantin rejiminin tətbiqi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.
mənbə :
Report.az