İçeriğe geçmek için "Enter"a basın

Avrokuboklarda 5 əvəzetməyə icazə verildi

17-06-2020

[r32]

17 İyun, 2020  20:50 xeber – UEFA Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar matç ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

“Report”un məlumatına görə, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
2020/2021 mövsümündən isə əvəzetmə sayı əvvəlkitək 3 olacaq.

Həmçinin komandaların UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 3 futbolçunun əlavə olunmasına icazə verilib. Lakin həmin futbolçular klubun özünə məxsus olmalıdır. Siyahıda 25-dən çox oyunçunun adı olmamalıdır.

Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən Portuqaliyanın Lissabon (12-23 avqust), Avropa Liqası isə Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində (10-21 avqust) keçiriləcək.

mənbə :
Report.az

Avrokuboklarda 5 evezetmeye icaze verildi