[r32]
17 İyun, 2020 13:38 xeber – Dünya Karate Federasiyası (WKF) son 10 ilin dünya çempionatlarından yaddaqalan anları yenidən yayımlayacaq.
“Report” WKF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum “YouTube” kanalı vasitəsilə ən yaxşı kumite qarşılaşmalarını göstərəcək. Onlar arasında 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin də görüşü var. 35 yaşlı təcrübəli idmançının 2010-cu ildə Serbiyanın paytaxtı Belqraddakı mundialda final qarşılaşması təqdim ediləcək. Ağayev həmin dueldə italiyalı Luici Busanı məğlubiyyətə uğradıb və 4-cü dəfə dünya çempionu adını qazanıb.
Qeyd edək ki, WKF bu qarşılaşmanı iyulun 3-də yayımlayacaq.
mənbə :
Report.az