Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasına qatılıb.
Azadliq.az-ın məlumatına görə, Aynişan Polad Bülbüloğlunun müəllifi olduğu “Gəl ey səhər” mahnısını ifa edib.
Əməkdar artistin qızı münsifləri özünə döndərə bilib.
Həmyerlimiz Murad Bozla birgə “Gəl ey səhər” mahnısını da duet şəklində səsləndirib.
Aynişanın seçimi Murad Boz olub.
Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.
Aynişan Xalid qızı Quliyeva 1991-cu ildə Bakı şəhərində anadan olub. Atası Quliyev Xalid Hüseynxan oğlu hərbiçi, anası Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova isə müğənnidir. 1992-ci ildə Qarabağda gedən döyüşlərdə Aynişanın atası vətən uğrunda şəhid olub. Buna baxmayaraq hələ uşaq yaşlarından Aynişan anası ilə birlikdə musiqi ilə məşğul olub. Anası Aybəniz Haşımovanın rəhbərliyi altında “Bülbüllər” musiqi kollektivində solist çalışıb, Azərbaycanı beynalxalq müsabiqələrdə təmsil edib.
cox gozel