Azadlığa buraxılan Lamiyə Quliyeva jurnalistlərə açıqlama verib.
Azadliq.az-ın məlumatına görə, L.Quliyeva ona qarşı haqsızlıq edən şəxslərin cəzasını çəkməsini arzu etdiyini deyib: “Mən çox əziyyət çəkmişəm. Mənim haqlarımı müdafiə edən, köməklik göstərən hər kəsə təşəkkür edirəm”.
L.Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin də azadlığa çıxmasını arzu etdiyini deyib: “Onun da azadlığa buraxılması çox yaxındır. Bunun üçün də mübarizə aparacağıq. Allah onun da qapısını açsın”.
Azadliq.az
allag butun zindan ehlinin qapisini acsin amin en esasi gozu yollarda qalan pesman olanlati tez acsin Lamiye Quliyevada kimi olsun 😀