[r32]
Azadliq.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində baş verib.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
***
Bu gün saat 23:30 radələrində paytaxtın bəzi ərazilərində yeraltı təkanlar hiss edilib.
Baş verən təkan hamını təşvişə salıb.
Azadliq.az xəbər verir ki, hadisə barədə hazırda sosial şəbəklərdə də məlumatlar yayılmağa başlayıb. Məlumatlara görə, yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub.
Xəbəri dəqiqləşdirməyə çalışırıq. Baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bu gün günorta saatlarında Azərbaycanın cənub bölgəsində də zəlzələ olub. Zəlzələ nəticəsində Dağıntılar və hər hansı ziyan qeydə alınmayıb.