İçeriğe geçmek için "Enter"a basın

Əsgərimiz şəhid oldu

06-02-2015

Cebhe-Xetti-serhedAzərbaycan Müdafiə Nazirliyi məlumat yayıb

Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Azadlıq.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Əsgərimiz şəhid oldu