İçeriğe geçmek için "Enter"a basın

Sərəncam: “Azərenerji”yə yeni sədr təyin edildi

04-09-2018

[r32]

Prezident İlham Əliyev “Azərenerji”yə yeni rəhbərin təyin olunması haqda sərəncam imzalayıb.

Azadliq.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama görə, Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, B. Rzayev bu günə qədər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Prezidentin digər sərəncamı ilə o “Azərişıq” sədri vəzifəsindən azad edilib.

E. Pirverdiyevin adının çəkildiyi, ən yaxın keçmişdə baş verən və ölkə gündəmini silkələyən əsas hadisə isə bu ilin iyulun 3-də Mingəçevir İstilik Elekstrik Stansiyasında baş verən yanğın olmuşdu. Bildiyiniz kimi, baş verən qəza nəticəsində paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün enerji sistemi çökmüşdü. Bir İES-də baş verən qəzaya görə bütün ölkənin işıqsız qalması bütünlüklə ictimaiyyəti narahat etmişdi. İctimaiyyət elə təkcə bu fakta görə Pirverdiyevin istefa etməli olduğunu dilə gətirirdi.

Hadisədən sonra prezident İlham Əliyevin enerji sektorunda baş verən problemlə bağlı keçirdiyi müşavirədə “Azərenerji” rəhbərliyinə qarşı ciddi iradlar səsləndirmişdi. Belə ki, ölkə başçısı baş verən hadisəyə görə Pirverdiyevin utanmalı olduğunu qeyd etmişdi. İ. Əliyev eyni zamanda problem nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərdən, insanların metroda, liftlərdə qalaraq əziyyət çəkməsindən də danışaraq bu işə məsul olan şəxslərin cəzalandırılmasını dəfələrlə vurğulamışdı. Elə bu gün Pirverdiyevin “Azərenerji” rəhbərliyindən azad edilməsi ilə bağlı verilən sərəncam da ölkə başçısının vurğuladığı kimi cəzalandırmadır.
Video:

Sərəncam: “Azərenerji”yə yeni sədr təyin edildi