Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il 17-25 dekabr əməliyyatlarından sonra onlara qarşı “paralel hökümət” quran Fətullah Gülən camaatına qarşı mübarizə aparacaqlarına hər zaman dilə gətirirdi.Gülən camaatı 14 dekabr əməliyyatının bunlardan ilki olduğunu söyləyir.
Bu gün saat 2-də məhkəməsi prosesi Gülən camaatına əvvəlcə sevinc,sonra isə üzücü xəbər gəldi. Məhkəmə zamanı Əkrəm Dumanlı sərbəst buraxılıb . “14 dekabr” adlı əməliyyatı zamanı nəzarət altına alınan Hidayət Karaca və 3 polis də terror təşkilatına üzv olduğu üçün tutulub.
Lakin terror təşkilatının lideri iddiası ilə suçlanan Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.
Ədliyyənin qarşısında camaatı dəstəkləyən insanlar əllərində türk bayraqları ilə istiqlal marşını oxudular.
Eyni zamanda bu gün Əkrəm Dumanlının 4 cü övladı bir qızı dünyaya gəldi.Həyat yoldaşı Əsra Dumanlı qızının adını Səadət qoyduqlarını söylədi.
Azadliq.az