İçeriğe geçmek için "Enter"a basın

Bakıda və Sumqayıtda işıqlar yenə söndü

12-07-2018

[r32]

Azadliq.az xəbər verir ki, Bakıda və ölkənin ayrı ayrı bölgələrində işıqların sönmə səbəbi bilinib.

Rəsmi qaynaqlardan verilən məlumata görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

****

Bu barədə APA agentliyi daha təfsilatlı məlumat yayıb. Orada deyilir ki, Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır.

Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir. Onun sözlərinə görə, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində – “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

“”Yaşıl” və “Qırmızı” xətlərdə qatarlar normal qaydada işləyir. Bənövşəyi xəttin iki stansiyasında “Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlər üçün bağlanıb. Səbəb metroya gələn xətlərdə elektrik enerjisinin olmaması ilə bağlıdır. Tuneldə qatar qalmayıb”, – deyə məlumatda vurğulanıb.

Bakıda və Sumqayıtda işıqlar yenə söndü