Fransanın Ermənistan və 1915-ci il hadisələri ilə bağlı mövqeyi dəyişməyəcək
Bu sözləri “Fransanın Türkiyədəki səfiri Loren Billi söyləmişdir.
Onun sözlərinə görə, Ankara Paris-Yerevan əlaqələrini bilir: “Fransanın Ermənistana münasibətdə mövqeyinin dəyişməsi gözlənilmir”.
Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım”ı tanıyıblar.
Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradaraq arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.
Başda Osmanlı arxivi olmaqla,ingilis,rus,fransız,alman arxivlərində erməni soyqırımı omadığının dəqiq isbatı vardır.Arxivlərdə itən ermənilərin sayının 400 min olduğu açıqca yazılıdır.Bunun müqabilində o illərdə 1,5 mln.türk qətl edilmişdir ki,arxivlərdə isbatı vardır.
Azadliq.az