İçeriğe geçmek için "Enter"a basın

“Nə dəxli var sənə?! Alabala…” – Abid Şərifov -Video

23-05-2015

nedexlivarBu gün baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanan binaya baş çəkib.

“Azadlıq.az” xəbər verir ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırıb. Onun cavabları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb.

Sonda jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

Video: XezerXeber

2 Yorum

  1. Molla 26/05/2015

    Dəxli var Abid m. yanan binanın da üzlənməsini və üzlük materialı sənin kimi səriştəsiz məmurlar seçmişdi. Xalqın uşağı qırıldı, amma birinizin kişiliyi çatmadı günahı boynunuza götürəsiz!!! Axırda MİS rəisini tutduz. Ona görə maraqlanırıq ki, indi binanı üzləyən kimin maması oğludur!

  2. mirze 29/05/2015

    olmazdimi ki o binani uzlememisden evvel materiali yoxlayardiz camaat qirilmazdi

Yorumlar kapatıldı.

“Nə dəxli var sənə?! Alabala…” – Abid Şərifov -Video