Yanan binanın bir qrup sakini etiraz etdiyinə görə Binəqədi rayon 5-ci polis bölməsinə aparılıb.
Polisdən çıxan sakinlər AzadlıqRadiosunun müxbirinə deyiblər ki, onlara yaranmış problemin həll ediləcəyi vədi verilib.
Şəklin müəllifi: Musavat.com
Hacıbala Abutalıbov AzadlıqRadiosuna bildirib ki, sakinlər harda istəsələr, orda da kirayə qalacaqlar: «Onları razı salacayıq. Onlara dəymiş zərər öz iştirakları ilə qiymətləndiriləcək və ödəniləcək. Heç kim narazı qalmayacaq».
Mayın 19-da Bakıda, metronun «Azadlıq» stansiyasının yaxınlığında 16-mərtəbəli binada baş verən yanğın zamanı 15 adam ölüb, 50-dən çox adam yaralanıb.