[r32]
Azərbaycan şou-biznesinin ulduzları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətini kəskin tənqid ediblər. BakuPost.az xəbər verir ki, müğənnilər sırasında Sevda Yəhyayeva, Manana, Elnarə Xəlilova, Samir Piriyev, Nadir Qafarzadə, Tünzalə Ağayeva, Çingiz Mustafayev, İlhamə Qasımova və başqaları var.
Sözügedən mahnıda H.Abutalıbovun təşəbbüsləri lağa qoyulub.
Mahnıda Hacıbala Abutalıbovun Bakıda bütün parkları necə məhv etməsi, sonra onları mərmərlə örtməsindən bəhs olunur. Vurğulanır ki, sürüşkən mərmər üzərində yıxılan şəhər sakinləri hər dəfə Bakı merinə “salam göndərirlər”.