İçeriğe geçmek için "Enter"a basın

Yangının qarşısı alınıb – Kəmaləddin Heydərov hadisə yerində olub /Foto

27-08-2017


[r32]
Siyəzən N saylı hərbi hissənin ərazisində silah anbarında baş verən partlayışdan sonra mərmilər yaşayış evlərinə də ziyan vurub.

APA xəbər verir ki, yanğının miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.

Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.

Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb.

Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.

Yangının qarşısı alınıb – Kəmaləddin Heydərov hadisə yerində olub /Foto