İçeriğe geçmek için "Enter"a basın

Amerika gəmisi İran gəmisinə xəbərdarlıq atəşi açdı

26-07-2017

İyulun 25-də ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi İrana məxsus katerin yaxınlaşmasına cavab olaraq bir neçə xəbərdarlıq atəş açıb. Bu barədə CNN telekompaniyası məlumat yayıb.

Axar.az xəbər verir ki, insident Fars körfəzinin şimalında, beynəlxalq sularda baş verib. Radio siqnallarına reaksiya verməyən kater ABŞ-ın hərbi gəmisinə 150 metrə qədər yaxınlaşdıqda ona tərəf suya bir neçə xəbərdaredici atəş açılıb.

Oxşar hadisə yanvarın 8-də də baş vermişdi. Həmin vaxt ABŞ-ın “Mahan” raket esminesi Ərəbistan dənizinin şimal-qərbində Fars körfəzini Oman körfəzi ilə birləşdirən Hörmüz boğazında ona yaxınlaşan İranın dörd kateri istiqamətində atəş açmışdı.

Amerika gəmisi İran gəmisinə xəbərdarlıq atəşi açdı