İçeriğe geçmek için "Enter"a basın

Qadının çılpaq şəkilləri ilə şantaj edən şəxsə 7 İL HƏBS

29-11-2016

[r32]

29.11.2016 / 15:03 xeber –

Qadının şəklini internetdə yaymaqla hədələməkdə təqsirləndirilən Elşən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, E. Kazımov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, təqsirləndirilən E. Kazımov Fəridə adlı xanıma aid 9 ədəd çılpaq fotoşəkil əldə edib. O, bu fotoları sosial şəbəkələrdə yayacağını deyərək, zərərçəkmişdən 150 sonra isə 100 manat pul alıb. Qadının şikayətindən sonra həbs edilən E. Kazımov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

mənbə :
lent.az

Qadının çılpaq şekilleri ile şantaj eden şexse 7 İL HƏBS