İçeriğe geçmek için "Enter"a basın

VHP-nin icra aparatının rəhbəri qəzaya düşüb - FOTO

23-11-2016

23.11.2016 / 13:40 xeber –

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qəzaya düşüb.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Bakı-Quba yolunun 57-ci kilometrliyində baş verib.

 

Qəzaya səbəb yolun buz bağlaması olub. Belə ki, S.Əsədlinin idarə etdiyi "Opel" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə, daha sonra digər avtomobilə çırpılıb.

 

Qəza nəticəsində xəsarət alan olmayıb.

 

mənbə :
lent.az

VHP-nin icra aparatının rehberi qezaya düşüb – FOTO