İçeriğe geçmek için "Enter"a basın

Bir ailənin 4 üzvü pomidor turşusundan zəhərləndi

23-11-2016

23.11.2016 / 10:40 xeber –

Ağdamda bir ailənin 4 üzvü qidadan zəhərlənib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Ev şəraitində konservləşdirilmiş pomidor turşusundan zəhərlənən  Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov, Ramiz Naibov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

 

Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.

mənbə :
lent.az

Bir ailenin 4 üzvü pomidor turşusundan zeherlendi