İçeriğe geçmek için "Enter"a basın

Çempionlar Liqası: ilk vəsiqələrin sahibi bilindi - SİYAHI

23-11-2016

23.11.2016 / 10:06 xeber –

 

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyun günü 1/8 finalın daha 5 iştirakçısının adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, artıq qrupdan çıxdığı rəsmiləşən klubların sayı 10-a çatıb.

 

E qrupunda “Monako” (Fransa) və “Bayer” (Almaniya) 1/8 finala yüksəlib. Fransa təmsilçisi 1-ci, almaniyalılar 2-ci yeri də təmin edib.

 

F qrupunda “Real” (İspaniya) növbəti mərhələ vəzifəsini həll edib. “Borussiya” (D, Almaniya) bunu ötən tur rəsmiləşdirdiyindən E qrupunda olduğu kimi son tur daha çox Avropa Liqasına vəsiqə baxımından zəruridi. Lakin bu qrupda 1-ci yerin taleyi də son matçda məlum olacaq.

 

F qrupunda “Lester” (İngiltərə) həm mərhələni keçdiyini, həm də 1-ci yeri təmin edib. H qrupunda isə “Yuventus” (İtaliya) 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, IV turdan sonra A qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa), D qrupunda “Atletiko” (İspaniya) ilə “Bavariya” (Almaniya), həmçinin F qrupunda çıxış edən “Borussiya” adını 1/8 finala yazdırmışdı.

 

mənbə :
lent.az

Çempionlar Liqası: ilk vesiqelerin sahibi bilindi – SİYAHI