İçeriğe geçmek için "Enter"a basın

Sərnişin qatarlarının hərəkətində ləngimə olub

23-11-2016

23.11.2016 / 10:01 xeber –

Bu gün səhər saatlarında Bakıya gələn sərnişin qatarlarının hərəkətində ləngimə olub.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, Balakəndən Bakıya gələn qatar saat 7:10 dəqiqədə Bakı Sərnişin Stansiyasına daxil olarkən təmas xəttində problem yaranıb.

 

“Qatarın gecikməsinə səbəb təmas xəttində yaranan gərginlik olub. Qatar yarım saat gec qəbul olunub. Artıq yol bərpa olunub. Bakıya gələn bütün qatarlar qəbul olunub”, – deyə N.Əzməmmədov vurğulayıb. 

mənbə :
lent.az

Sernişin qatarlarının hereketinde lengime olub