İçeriğe geçmek için "Enter"a basın

76 yaşlı qadını stəkanla öldürən şəxslərin şikayəti təmin olunmadı

23-11-2016

23.11.2016 / 09:20 xeber –

76 yaşlı qadını stəkanla qətlə yetirməkdə təqsirləndirilən Vüsal İsayev və Şəmsi Məhərrəmovun birinci instansiya məhkəməsinin hökmündən verdikləri şikayət üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən onların şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, bu il aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətlər olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu V.İsayev və Bakı şəhər sakini Ş.Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirildiyi müəyyən edilib və onlar tutulublar. V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu, bir ədəd qızıl üzüyü və iki ədəd qızıl sırğanı təhvil veriblər. Qonşusu V.İsayev və Ş.Məhərrəmov N.Sultanovanı stəkanla qətlə yetirib. V.İsayev stolun üstündəki stəkanı götürərək N.Sultanovanın sol gicgah nahiyəsinə bir neçə dəfə vuraraq onu öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. İsayev 20 il, Ş. Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. 

mənbə :
lent.az

76 yaşlı qadını stekanla öldüren şexslerin şikayeti temin olunmadı