İçeriğe geçmek için "Enter"a basın

Təhsil Problemləri İnstitutunun adı dəyişdirildi

14-11-2016

14.11.2016 / 21:11 xeber –

Azərbaycan Prezidenti İlham Əliyev “AzərbaycanRespublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

APA-nın məlumatına görə, sənədə əsasən Təhsil Problemləri İnstitutu bundan sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu adlanacaq.

 

Fərmanla əlaqədar Nazirlər Kabinetinə  və Ədliyyə Nazirliyi müvafiq tapşırıqlar verilib.

mənbə :
lent.az

Tehsil Problemleri İnstitutunun adı deyişdirildi