İçeriğe geçmek için "Enter"a basın

ABŞ vitse-prezidentin avtomobil korteji qəzaya düşdü

01-11-2016

01.11.2016 / 00:33 xeber –

ABŞ-ın vitse-prezidenti Co Baydenin  avtomobil karvanı qəzaya düşüb.

 

APA-nın xəbərinə görə, bu barədə “ABC News” telekanalı məlumat verib.

 

İnsident yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) qeydə alınıb.

 

Kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun xəstəxanaya yerləşdirildiyi və həyatına təhlükə olmadığı bildirilir.  Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib. 

mənbə :
lent.az

ABŞ vitse-prezidentin avtomobil korteji qezaya düşdü