İçeriğe geçmek için "Enter"a basın

Gəncədə ağır qəza: 3 ölü, 4 yaralı - YENİLƏNİB-1

31-10-2016

31.10.2016 / 23:04 xeber –

Gəncə-Şəmkir yolunda iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, bu, qəza zamanı “VAZ” avtomobilində olan, 1960-cı il təvəllüdlü Gədəbəy rayon sakini Rafiq Hüseynovdur.

 

Bu axşam Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib. “VAZ 2106” və “Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

 

 

***

 

Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.

 

Ölən digər iki nəfərin  şəxsiyyəti müəyyənləşdirilir.

 

***

 

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, ilkin məlumata əsasən,  “VAZ 2106” və ““Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.

 

Xəsarət alanlar "“Volkswagen Passat”"-da olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

mənbə :
lent.az

Gencede ağır qeza: 3 ölü, 4 yaralı – YENİLƏNİB-1