İçeriğe geçmek için "Enter"a basın

Həbsdəki "Nida"çının işinə baxan hakim dəyişdirildi

31-10-2016

31.10.2016 / 17:29 xeber –

 

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun işinə baxan hakim dəyişdirilib.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovdan götürülərək həmin məhkəmənin hakimi Eynulla Vəliyevin icraatına verilib.

 

Bunu Eldar Mikayılovun çox işi olması ilə bağlı  əsaslandırılıb.  Məhkəmənin hazırlıq iclası noyabrın 4-ə təyin edilib.

 

Qeyd edək ki, B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Rəsmi məlumata görə, onun üzərindən və evindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

 

mənbə :
lent.az

Hebsdeki "Nida"çının işine baxan hakim deyişdirildi