İçeriğe geçmek için "Enter"a basın

Suriyada daha bir məktəb bombalandı, ölən və yaralananlar var

28-10-2016

28.10.2016 / 01:54 xeber –

SuriyadSuriyanın Hələb şəhərində orta məktəb atəşə tutulub, nəticədə 3 şagird ölüb, 10 uşaq ağır yaralanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.   

 

Onun sözlərinə görə,  şəhərin terrorçuların nəzarətində olan şərq hissəsindən Hay əl-Əndəluz rayonunda yerləşən məktəbin binasına mərmi və qaz balonu atılıb.     

 

“Eyni vaxtda terrorçular Əl-Maşarqa rayonundakı humanitar dəhlizə atəş açıblar, nəticədə 12 dinc sakin ölüb, 20-dən çox şəxs yaralanıb”, – deyə general qeyd edib.   

 

“Nə üçün YUNİSEF və BMT TŞ-nin bəzi daimi üzvləri bu faktları qətiyyən görmək istəmirlər?”, – deyə o əlavə edib.      

 

Qeyd edək ki, ötən gün İdlib əyalətində yerləşən məktəbə hücum nəticəsində 22 uşaq və 6 müəllim ölüb.

 

Bəzi qərb KİV-ləri hadisədə Rusiyanı günahlandırıblar.  

mənbə :
lent.az

Suriyada daha bir mekteb bombalandı, ölen ve yaralananlar var