İçeriğe geçmek için "Enter"a basın

OPEK sazişnin icrasına 4 nazir nəzarət edəcək

26-10-2016

26.10.2016 / 04:32 xeber –

Neftin hasilatına dair OPEK razılaşmasının icrasını 4 nazirdən ibarət xüsusi komissiya monitorinq edəcək. Nazirlərdən ikisi OPEK-ə üzv olan ölkəni, iki nəfəri isə təşkilata üzv olmayan ölkələri təmsil edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Venesuelanın neft naziri Euloxio del Pino bildirib.  

 

“Həmin nazirlər razılaşmanı imzalayan ölkələr qarşısında hesabat verəcəklər”, – deyə del Pino qeyd edib.   

 

 O, həmçinin əlavə edib ki, bu təşəbbüs Venesuela tərəfindən irəli sürülüb və OPEK-in digər üzvləri tərəfindən dəstəklənir.

 

mənbə :
lent.az

OPEK sazişnin icrasına 4 nazir nezaret edecek