İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da polis özbaşınalığı davam edir: daha iki nəfər öldürüldü

26-10-2016

26.10.2016 / 03:17 xeber –

ABŞ-ın Merilend ştatının Elkton şəhərində polis əməkdaşları moteldə order təqdim etməyə cəhd edərkən iki nəfəri qətlə yetiriblər.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident “New Eastern Inn” motelində baş verib. Zabitlər qapılardan birini döyərək hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu bildiriblər.  

 

Ştat polisinin rəsmi nümayəndəsi Qreq Şipli, otaqdan silahlı şəxsin çıxaraq, tapançanı  polislərə tuşladığını bildirib.  Bunu görən asayiş keşikçiləri silahlı şəxsə atəş açıblar. Bu zaman otaqdan silahlı qadın çıxıb və polislər onu da güllələməli olublar. Polislərdən xəsarət alan olmayıb.  

 

Məlumata görə, order qanunsuz silaha görə barələrində axtarış elan olunan cütlük üçün nəzərdə tutulmuşdu.

 

mənbə :
lent.az

ABŞ-da polis özbaşınalığı davam edir: daha iki nefer öldürüldü