İçeriğe geçmek için "Enter"a basın

Tramp şikayətləndi

26-10-2016

26.10.2016 / 02:48 xeber –

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp partiyanın ona dəstək verməməsindən şikayətlənib.   

 

“Əgər bizim partiyada dəstək olsa, biz seçkilərdə Hillari Klintona uduzmarıq”, – deyə Tramp “Röyters”ə müsahibəsində bildirib  

 

“İnsanlar (Trampın tərəfdarları) partiya rəhbərliyindən narazıdır, çünki yuxarıdan dəstək verilsə, biz yüz faizlik qələbə qazanarıq. Lakin mən düşünürəm ki, biz istənilən halda qələbə çalacağıq”, – deyə Tramp qeyd edib.     

 

O, həmçinin qeyd edib ki, prezident seçiləcəyi halda qanunvericilik məsələləri ilə üzrə  Demokratlar Partiyasının nümayəndələri ilə çalışacaq.  

mənbə :
lent.az

Tramp şikayetlendi