İçeriğe geçmek için "Enter"a basın

Koalisiya İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır

26-10-2016

26.10.2016 / 00:56 xeber –

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat hazırlığına başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisdə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.    

 

“Biz tərəfdaşlarımızla Rəqqanın təcrid edilməsi üzrə əməliyyat üçün  zəmin yaratmağa başlamışıq”, – deyə Karter koalisiya ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra mətbuat konfransında qeyd edib.  

 

Fransa MN rəhbəri Jan İv Le Drian Rəqqada İŞİD-ə qarşı əməliyyatın mümkün vaxtı və şərtləri barədə danışmaq hələ  tez olduğunu bildirib: “Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir”, – deyə o qeyd edib. 

mənbə :
lent.az

Koalisiya İŞİD-in "paytaxtı"na hücuma hazırlaşır