İçeriğe geçmek için "Enter"a basın

Mənzildə partlayış: xəsarət alan var

26-10-2016

25.10.2016 / 23:50 xeber –

Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Vəziyyətinin orta ağır olduğu bildirilir.

mənbə :
lent.az

Menzilde partlayış: xesaret alan var