İçeriğe geçmek için "Enter"a basın

OPEK sammitə 12 qeyri-üzv ölkə dəvət edib

25-10-2016

25.10.2016 / 22:39 xeber –

OPEK Vyanada oktyabrın 29-da keçiriləcək  görüşə təşkilata üzv olmayan 12 ölkəni dəvət edib.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın neft sənayesi naziri Euloxio del Pino bildirib.

 

“Biz Rusiya, Azərbaycan, Qazaxıstan, Oman, Misir, Bəhreyn, Kolumbiya, Meksika, Trinidad və Tobaqo, Boliviya, Norveç və Kanadanı dəvət etmişik”, – deyə del Pino bildirib.   

mənbə :
lent.az

OPEK sammite 12 qeyri-üzv ölke devet edib