İçeriğe geçmek için "Enter"a basın

Əli Həsənov Türkiyədə bir sıra görüşlər keçirib

25-10-2016

25.10.2016 / 21:04 xeber –

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyədə səfərdə olan prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün bir sıra görüşlər keçirib.

 

Lent.az-ıın “AZƏRTAC”-a istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, baş nazirin müavinləri Toğrul Türkeş və Numan Kurtulmuş ilə görüşlərdə Azərbaycan-Türkiyə strateji münasibətlərində yüksələn xətlə xarakterizə olunan inkişafın əhəmiyyəti, mətbuat və informasiya sahəsində əlaqələrin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.

mənbə :
lent.az

Əli Hesenov Türkiyede bir sıra görüşler keçirib