İçeriğe geçmek için "Enter"a basın

ABŞ İraqda qızlar məktəbini bombaladı

25-10-2016

25.10.2016 / 20:59 xeber –

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə İraqın Mosul şəhərinin cənubunda yerləşən  qızlar məktəbinə zərbə endirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

 

O həmçinin oktyabrın 22-də Mosuldan 20 km  şərqdə yerləşən Qaraköş yaşayış məntəqəsinə güclü hava zərbələrinin endirildiyini bildirib.   

 

“ABŞ Hərbi-Hava Qüvvələri həmçinin oktyabrın 23-də Mosul yaxınlığındakı Qaraqharab və Əş-Şura  yaşayış məntəqələrinə də raket-bomba zərbələri endirib. Zərbələr nəticəsində xeyli sayda sosial təyinatlı obyektlər dağıdılıb”, – deyə Rudskkoy əlavə edib.  

 

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın zərbələri nəticəsində son üç gündə 60-dan çox dinc sakin ölüb, 200-dən çox adam yaralanıb.  

mənbə :
lent.az

ABŞ İraqda qızlar mektebini bombaladı