İçeriğe geçmek için "Enter"a basın

Tovuzda iki "Jiquli" toqquşdu, 3 nəfər yaralandı

25-10-2016

25.10.2016 / 20:37 xeber –

Tovuzda iki VAZ toqquşub, xəsarət alanlar var.  

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb. “VAZ 2109” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb, onlardan bir nəfəri Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər iki nəfər isə hadisə yerində tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

mənbə :
lent.az

Tovuzda iki "Jiquli" toqquşdu, 3 nefer yaralandı