İçeriğe geçmek için "Enter"a basın

Vergilər Nazirliyi ölkəyə gələn və gedən şəxslər barədə məlumat əldə edəcək

25-10-2016

25.10.2016 / 20:00 xeber –

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

 

Dəyişiklik sistemdən dövlət orqanlarının informasiya alması ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyi sistemdən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, habelə ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında məlumatlar alacaq.

mənbə :
lent.az

Vergiler Nazirliyi ölkeye gelen ve geden şexsler barede melumat elde edecek