İçeriğe geçmek için "Enter"a basın

RİTN-in İranda həbs olunan əməkdaşı 4 il sonra Azərbaycana gətirildi

25-10-2016

25.10.2016 / 18:49 xeber –

2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən “Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib.

 

"APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: “Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”.

mənbə :
lent.az

RİTN-in İranda hebs olunan emekdaşı 4 il sonra Azerbaycana getirildi