İçeriğe geçmek için "Enter"a basın

Taxıl kombinatının direktorunu öldürənlər apellyasiya şikayəti verib

24-10-2016

24.10.2016 / 17:57 xeber –

 

“Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynova birinci instansiya məhkəməsinin hökmündən şikayət verib.

 

Lent.az- a bu barədə təqsirləndirilən Mahnurə Hüseynovanın vəkili Günay Hacıyeva məlumat verib. Vəkil bildirib ki, artıq şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdin edilib. İşə yaxın günlərdə baxılacaq.

 

Qeyd edək ki, bu il yanvarın 8-də “Bakı Taxıl Terminalı” Kombinatının direktoru Qalib Bağırovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış massivindəki evində aşkarlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Həsənov, Mahnurə Hüseynova və Mübariz Əliyev tutublar.

 

Müəyyən edilib ki, həmin şəxslər Qalib Bağırovun yaşadığı bağ evində çoxsaylı xəsarətlər yetirməklə və iplə boğmaqla onu öldürüblər. Sonra mənzildə olan 300 manat, 30 avro, 10 dollar, 10.000 Belorus rublu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürərək hadisə yerindən gediblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər 3 şəxs 20 il müddətə azadlıqdan məhrum edilib.

 

mənbə :
lent.az

Taxıl kombinatının direktorunu öldürenler apellyasiya şikayeti verib