İçeriğe geçmek için "Enter"a basın

“Qarabağ”la oyunda bəxtimiz gətirmədi” - PAOK-un futbolçusu

21-10-2016

21.10.2016 / 19:44 xeber –

 

“Qarabağ”la oyunda bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri PAOK klubunun futbolçusu Dieqo Bisesvar deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dünən “Qarabağ”ın qonağı olan Yunanıstan təmsilçisi meydandan xalsız ayrılıb. Belə ki, qarşılaşma Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçla bağlı Yunanıstan mətbuatına açıqlama verən Bisesvar bəxtlərinin gətirmədiyini bildirib. Meydana ikinci hissədə daxil olan hollandiyalı yarımmüdafiəçi ruhdan düşməyib, diqqətlərini “Qarabağ”la Salonikidəki görüşə yönəltdiklərini qeyd edib: “Qarabağ”la matçın çətin keçəcəyini bilirdik. Nə yaxşı, nə də pis oynadıq. Sadəcə, şans bizim tərəfimizdə olmadı. Qısası, bizim günümüz deyildi. Amma ruhdan düşmək olmaz. Bizi “Qarabağ”da daha bir oyun gözləyir. Öz meydanımızda baş tutacaq görüşdə daha yaxşı oynamalı və qol vurmalıyıq. Bunu bacarsaq, qələbə bizim olacaq”.

 

Qeyd edək ki, PAOK – “Qarabağ” matçı noyabrın 3-də keçiriləcək. 

mənbə :
lent.az

“Qarabağ”la oyunda bextimiz getirmedi” – PAOK-un futbolçusu