İçeriğe geçmek için "Enter"a basın

Ağstafada məktəbin təmirinə 3 milyon manat ayrıldı - SƏRƏNCAM

21-10-2016

21.10.2016 / 18:18 xeber –

 

Prezident Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

 Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

mənbə :
lent.az

Ağstafada mektebin temirine 3 milyon manat ayrıldı – SƏRƏNCAM