İçeriğe geçmek için "Enter"a basın

Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirilə bilər

20-10-2016

20.10.2016 / 22:38 xeber –

“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da  keçirilə bilər.  Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

 

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.      

 

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, – deyə  UEFA prezidenti əlavə edib. 

mənbə :
lent.az

Çempionlar Liqasının finalı Nyu-Yorkda keçirile biler