İçeriğe geçmek için "Enter"a basın

Keçmiş məhkumu boğub öldürənlər MƏHKƏMƏ QARŞISINDA

19-10-2016

19.10.2016 / 16:29 xeber –

Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirovun və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 28-nə təyin olunub.

 

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Belə ki, Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

mənbə :
lent.az

Keçmiş mehkumu boğub öldürenler MƏHKƏMƏ QARŞISINDA