İçeriğe geçmek için "Enter"a basın

Rusiyada tikintidə işləyən azərbaycanlı 9-cu mərtəbədən düşüb öldü

19-10-2016

19.10.2016 / 16:02 xeber –

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı şaxtaya düşərək ölüb.

 

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında Murino rayonunda yerləşən tikinti meydançalarının birində baş verib.

 

22 mərtəbəli binada suvaqçı işləyən azərbaycanlı kommunikasiya şaxtasına düşərək ölüb.

 

Soydaşımızın podratçı şirkətdə çalışdığı bildirilir. İş vaxtı bitəndən sonra o, 9-cu mərtəbədə təmizlik işləri aparırmış.

 

Onun meyiti şaxtada tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

mənbə :
lent.az

Rusiyada tikintide işleyen azerbaycanlı 9-cu mertebeden düşüb öldü