İçeriğe geçmek için "Enter"a basın

“Qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda dəyişikliklər edilib

18-10-2016

18.10.2016 / 18:26 xeber –

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011─2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilib:

 

1. 3.2-ci bəndin birinci abzasının birinci cümləsindən “, aktivlərin idarəedilməsi şirkətlərinin” sözləri çıxarılsın və ikinci cümlədə “broker, diler” sözləri “əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları)” sözləri ilə əvəz edilib.

 

2. 5-ci hissə üzrə:

2.1. 1.9-cu bəndin “Tədbirin adı” sütununda “Bazarın peşəkar iştirakçılarının” sözləri “Bazarda lisenziyalaşdırılan şəxslərin” sözləri ilə əvəz edilib.

 

2.2. 6.3-cü bəndin “Tədbirin adı” sütununda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözləri “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri ilə əvəz edilib.

 

mənbə :
lent.az

“Qiymetli kağızlar bazarının inkişafı” Dövlet Proqramı”nda deyişiklikler edilib