İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan Mosul əməliyyatından danışdı

14-10-2016

14.10.2016 / 21:03 xeber –

Türkiyə Mosulun İŞİD silahlılarından azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 

Onun sözlərinə görə, əgər rəsmi Vaşinqton və Bağdad türk hərbçilərinin köməyindən imtina etsə, o zaman Türkiyə “B” planını həyata keçirəcək.

 

Oktyabrın 13-də Türkiyə prezidentinin mətbuat katibi rəsmi Ankaranın Mosulun azad edilməsi əməliyyatının mənfi təsirindən, minlərlə qaçqının Türkiyə sərhədinə axışması ehtimalından ehtiyatlandığını ifadə edib.

mənbə :
lent.az

Ərdoğan Mosul emeliyyatından danışdı